ain.az xəbər verir, Banco.az saytına əsaslanaraq.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Hindistan bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 126,1 milyon dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 603 milyon 683 min dollar və ya 5.8 dəfə azdır.
Hesabat dövründə Hindistanın idxal etdiyi neftin həcmi illik müqayisədə 918 min 754 ton və ya 4,7 dəfə azalaraq 250.1 min ton olub.
Qeyd edək ki, Azərbaycan uzun fasilədən sonra (ötən ilin oktyabrından bəri) avqust ayından etibarən Hindistana xam neft ixrac etməyə başlayıb.
Ən yüksək faiz verən depozit hansı bankdadır?
Bizi sosial şəbəkələrdən izləyin!!
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.