Trend-in məlumatına görə, bu barədə ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem bildirib.
"Dəqiq rəqəmi deməyəcəyəm, amma 30-dan çoxdur", - deyə o bildirib.
"Əgər [bu ölkələrin] sabit hökumətləri yoxdursa, əgər onlar bizə [ABŞ-yə daxil olmaq istəyən] insanların kim olduğunu izah edə və onları yoxlamağa kömək edə bilmirlərsə, niyə həmin ölkələrdən olan insanların ABŞ-yə daxil olmasına icazə verməliyik?", - deyə nazir əlavə edib.
Amerika KİV-ləri bildirib ki, Vaşinqton vətəndaşlarının ABŞ-yə girişi qadağan edilən və ya məhdudlaşdırılan ölkələrin siyahısını 19-dan 32-yə qədər genişləndirməyi nəzərdən keçirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31