AZ

Cənubi Afrika G20-də fəaliyyətini dondurdu

Cənubi Afrika Respublikası İyirmilik Qrupunda fəaliyyətinə 1 il müddətində fasilə verir.

Azreform.info xəbər verir ki, məlumatı Cənubi Afrika prezidentinin sözçüsü Vinsent Maqvenya X hesabında açıqlayıb. Nümayəndə bildirib ki, CAR bu addımı G20-nin hazırkı sədri ABŞ-ın ölkəni dekabrın ikinci yarısına planlaşdırılan ilk G20 Şerpa görüşünə dəvət etməməsindən sonra atıb. Maqvenya əlavə edib ki, Pretoriya 2026-cı ilin dekabr ayında, G20 sədrliyi ABŞ-dan Böyük Britaniyaya keçdikdə aktiv G20 işlərinə davam edəcək: "Bir ildən sonra Böyük Britaniya G20 sədrliyini öz üzərinə götürəcək və biz bir daha dünya üçün həqiqətən vacib olan məsələləri mənalı və əsaslı şəkildə müzakirə edə biləcəyik."

ABŞ 1 dekabrda Cənubi Afrikadan sonra G20 sədrliyini öz üzərinə götürüb. Ötən həftə ABŞ Cənubi Afrika istisna olmaqla, bütün G20 ölkələrinə 15-16 dekabr tarixlərində keçirilməsi planlaşdırılan ilk Şerpa görüşündə iştirak etmək üçün dəvətnamələr göndərib.

Eyni zamanda ABŞ CAR-ın əvəzinə Polşanı 2026-cı ilin dekabrında Mayamidə keçiriləcək növbəti G20 sammitinə dəvət edib. Bloomberg-in məlumatına görə, bunu dövlət katibi Marko Rubio açıqlayıb.

Agentlik qeyd edir ki,  ABŞ Polşa ilə tərəfdaşlığını yüksək qiymətləndirir və 1989-cu ildə Varşava Müqaviləsindən çıxdıqdan sonra Varşava ilə uğurlu əməkdaşlığını qeyd edir. Rubio hesab edir ki, bir vaxtlar Dəmir Pərdə arxasında olan ölkə indi dünyanın ən böyük iqtisadiyyatlarından birinə çevrilib və "G20-də öz layiqli yerini tutacaq".

Seçilən
26
1
azreform.info

2Mənbələr