AZ

İspaniya “Eurovision 2026”da iştirak etməyəcək

Yazını böyüt
Yazını kiçilt

Avropa Yayım Birliyinin (EBU) İsraili müsabiqədən kənarlaşdırmamaq qərarından sonra İspaniya 2026-cı il “Eurovision” mahnı müsabiqəsində iştirakdan imtina edib.

Hafta.az xəbər verir ki, bu barədə krallığın RTVE telekanalı məlumat yayıb.

Qeyd olunur ki, RTVE nə mayın 16-da Vyanada keçiriləcək müsabiqənin finalını, nə də yarımfinalını yayımlayacaq.

Niderland daha əvvəl oxşar qərar qəbul etdiyini açıqlamışdı.

Sentyabr ayında ispan yayım şirkətinin direktorlar şurası İsrail iştirak edəcəyi təqdirdə, 2026-cı il “Eurovision” mahnı müsabiqəsində iştirakdan imtina etmək barədə qərar qəbul edib. Bununla da İspaniya belə bir addım atan “Böyük beşlik”in (Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya və Fransa) ilk üzvü olub. Bu beş ölkə Avropa Yayım Birliyinin əsas sponsorları sayılır.

Builki “Eurovision” mahnı müsabiqəsinin qalibi avstriyalı Yohannes Piets olub. Bu səbəbdən 2026-cı il “Eurovision” mahnı müsabiqəsi Avstriyada keçirilməlidir.

Seçilən
52
24
hafta.az

10Mənbələr