Evin içərisində böyük dəliklər əmələ gəlib… Divarlar çatlayıb, tavan çöküb… Binanın içərisi qədər çölü də bərbad haldadır…
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, bura Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsi 25 ünvanıdır. Sakinlər deyirlər ki, uzun illərdir yaşadıqları mənzilləri təhlükəli hala düşüb
Vətəndaşların sözlərinə görə, bəzi evlərin sakinləri təhlükə səbəbindən mənzillərini tərk ediblər.
Mənzillərin aqibəti ilə bağlı aidiyyatı qurumlara müraciət etsələr də , nəticəsiz qalıb.
Xətai rayonu icra hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, məsələ araşdırılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.