AZ

ABŞ da bayraqlar yarıya qədər endirilib

Sia Az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Milli Qvardiyanın güllələnmiş əsgəri Sara Bekstromun xatirəsinə hörmət əlaməti olaraq ölkədə bütün bayraqların gün batana qədər yarıya endirilməsini əmr edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bununla bağlı imzalanmış bəyannamədə Prezident bayraqların Ağ Evdə, bütün dövlət binalarında və ərazilərdə, hərbi postlarda və dəniz məntəqələrində, eləcə də Federal Hökumətin Kolumbiya dairəsində, Amerika Birləşmiş Ştatları, onun əraziləri və mülklərində yerləşən bütün gəmilərində yarıya qədər endirilməsini tapşırıb.

Həmçinin bayraqlar bütün ABŞ səfirliklərində, nümayəndəliklərində, konsulluq idarələrində və xaricdəki digər obyektlərdə, o cümlədən bütün hərbi obyektlərdə, dəniz gəmilərində və məntəqələrində bu gün ərzində yarıya qədər endirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
67
7
sia.az

8Mənbələr