AZ

Parlamentdə təmsil olunmayan partiyalara da maliyyə yardımının artırılması yaxşı olardı



"Siyasi partiyalara dövlətin maddi dəstəyi artırması milli maraqlarımıza cavab verir. Çünki partiyalara ayrılan hər manat artıqlaması ilə dövlətə qaytarılır. Belə ki, ideoloji, siyasi, informasiya hücumlarının qarşısını partiyalar alırlar. Bu fəaliyyət hakimiyyətin öhdəliklərini xeyli yüngülləşdirir".

Bu fikirləri Newscenter.az-a Ədalət Partiyasının sədri Mütəllim Rəhimli siyasi partiyalara dövlət büdcəsindən ayrılan vəsaitin artırılması təşəbbüsünə münasibət bildirərkən səsləndirib. O deyib ki, ictimai rəy bu sahədə birgə və koordinasiyalı fəaliyyətə daha çox inanır:

"Birtərəfli yanaşmaların təsir gücü minimum olur. Bu da dağıdıcı qüvvələrə əlavə şans yaradır ki, onun da qarşısını almaq o qədər də asan olmur".

Partiya sədri qeyd edib ki, siyasi partiyaların yerinə yetirdikləri funksiyaları onlardan basqa kimsə görə bilməz:

"Bu sahədə boşluq olarsa onu xarici güclər mütləq dolduracaqlar. Ona görə də siyasi partiyalara dövlətin xüsusi qayğısı hər zaman gündəmdə olmalıdır.

Azərbaycanda da növbəti il siyasi partiyalara maliyyə yardımının artırılması ideyası təqdirəlayiqdir. Əgər dövlət büdcəsi buna imkan verərsə, həm parlament, həm də Milli Məclisdə təmsil olunmayan partiyalara maliyyə yardımının artırılması yaxşı olardı".

Süleyman
Seçilən
51
1
newscenter.az

2Mənbələr