AZ

Şəmkirdə qəzaya uğrayan mikroavtobusla bağlı YENİ FAKT

Bu gün Şəmkirdə qəzaya uğrayan mikroavtobus qanunsuz fəaliyyət göstərirmiş.

Day.Az xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd edilib ki, avtobus sürücüsü reysə çıxmazdan əvvəl tibbi yoxlanışdan keçməyib:

"04.12.2025-ci il tarixində saat 07:44-də Şəmkir rayonu Su Elektrik Stansiyası ərazisində mikroavtobus torpaq yol örtüklü ərazidə hərəkətdə olarkən idarəetməni itirərək  yolun kənarındakı su kanalına aşıb.

Nəticədə avtobusda olan 22 nəfərdən 3-ü müxtəlif bədən xəsarətləri alıb. Avtobusda olan sərnişinlərdən 20 nəfəri qadındır. Qeyd edirik ki, sürücü Hüseynov Rəfael Məhəmməd oğlu Yevlax rayonunun Qoyunbinəsi kənd sakinidir və fəhlələri Şəmkir rayonu ərazisində yerləşən istixanalara aparırmış. 20-DU-942 dövlət qeydiyyat nişanlı "Mersedes 208 D" markalı mikroavtobus sifarişli sərnişindaşımanı fərqlənmə nişanı, daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmadan həyata keçirib.

Nəqliyyat vasitəsi qanunvericiliyin tələblərinə uyğun olaraq, reysqabağı texniki müayinə, sürücü isə tibbi müayinədən keçməyib.

Yol-nəqliyyat hadisəsinə səbəb olan amillərin təyin edilməsi üçün müvafiq araşdırmalara başlanılıb.

Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır".

Seçilən
32
1
day.az

4Mənbələr