AZ

Bakı və Kiyev arasında əməkdaşlığın dərinləşdirilməsi iki ölkə diplomatları arasında müzakirə olunub

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürsel İsmayılzadə Azərbaycan Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya ölkələri üzrə direktoru təyin edilib.

525.az-ın məlumatına görə, Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkəsində G.İsmayılzadə ilə görüş keçirdiyini və görüşdə Bakı və Kiyev arasında əməkdaşlığın dərinləşdirilməsinin müzakirə olunduğunu qeyd edib.

"Azərbaycan Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya ölkələri üzrə yeni təyin olunmuş direktoru Gürsəl İsmayılzadə ilə səmərəli görüş keçirildi. Rusiyanın mdaxiləsinin ilk günlərindən Ukraynaya göstərdiyi daimi dəstəyinə görə Azərbaycana minnətdaram. Biz əməkdaşlığımızı dərinləşdirmək barədə razılığa gəldik", - o yazıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
2
525.az

3Mənbələr