AZ

Tuneldən qaçmaq istəyən 4 HƏMAS komandiri ÖLDÜRÜLDÜ – FOTO

İsrail ordusu HƏMAS-ın 4 komandirini tuneldən qaçarkən məhv edib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. Zərərsizləşdirilənlər arasında 7 oktyabr hücumunun planlaşdırıcıları və HƏMAS rəsmisinin oğlu da var.

Məlumata əsasən, İsrail ordusu Rəfah bölgəsində yeraltı tunellərdən qaçmağa cəhd edən 4 HƏMAS yaraqlısını zərərsizləşdirib.

Məhv edilən şəxslərin kimliyi və vəzifələri açıqlanıb:

Məhəmməd Cavad Məhəmməd əl-Bəvab – HƏMAS-ın “Şərqi Rəfah” batalyonunun komandiri. O, 2023-cü il 7 oktyabrda İsrailin cənubundakı yaşayış məntəqələrinə yaraqlıların sızması planına rəhbərlik edib. Həmçinin, müharibə ərzində İsrail hərbçilərinə qarşı hücumlar təşkil edib;

İsmayıl Kənan Əbdül-Xay Əbu Labdeh – Əl-Bəvabın müavini. O da 7 oktyabr hücumlarının planlaşdırılmasında birbaşa iştirak edib;

Abdullah Azi Əhməd Həməd – “Şərqi Rəfah” batalyonunun yaraqlısı və komandirin yaxın əhatəsindəki mühafizəçi. O, HƏMAS Siyasi Bürosunun yüksək vəzifəli üzvü Qazi Həmədın oğludur;

Taufiq Xalid Taufiq Salem – Həmin batalyonun taqım komandiri.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
63
interpress.az

1Mənbələr