AZ

Bakıda 94 minə “KİA” satılır – FOTOLAR

Bakıda rekord qiymətə “KİA” markalı minik avtomobil satışa çıxarılıb.

“Cebheinfo.az” xəbər verir ki, söhbət “KİA”nın yeni “Carnival” modelindən gedir.

2024-ci il istehsalı olan maşın 94 min 350 manata satışa çıxarılıb.

0 kilometr (km) yürüş məsafəsinə sahib avtomobil dizel mühərriklə təchiz olunub. Mühərrik həcmi isə 2.2 litrdir.

Sözügedən “KİA”nın yol xəttinə nəzarət sistemi, şunursuz telefon şarjı, oturacaqları isidilməsi və soyudulması, avtopilot, ön və arxa kamera kimi üstünlükləri də var.

Bu avtomobilin 5 il və ya 150 kilometr zəmanətlə satışa çıxarılması da böyük üstünlük kimi dəyərləndirilir.

Seçilən
14
cebheinfo.az

1Mənbələr