Müğənni Sevda Yahyayeva bu dəfə İtaliyaya gəzməyə yollanıb.
Tribuna.az xəbər verir ki, Florensiya və Pizada olan sənətçi oradan görüntü paylaşıb.
Sevda həyat yoldaşı Zakir Bayramovun “Qəhvələr Bakıdan qat-qat ucuzdur. Bakıda qəhvə çox bahadır” sözlərinə “Çox ucuzdur. İki qəhvə və kruasana 12 manat verdik” reaksiyasını verib.