“Kasımpaşa” baş məşqçisi Şota Arveladze ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.
Gürcüstanlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
İstanbul təmsilçisi Super Liqada 14 turdan sonra 13 xalla 14-cü pillədə qərarlaşıb.
O, 2012-2015-ci illər aralığında da "Kasımpaşa"nı çalışdırıb. Arveladzenin bundan əvvəlki iş yeri "Fatih Karagümrük" olub. Sözügedən çalışdırıcı Türkiyədə "Kayserispor" və "Trabzonspor"un da baş məşqçisi olub.