AZ

Prezidentdən "AzerGold"la bağlı SƏRƏNCAM

Ajans.azsərəncamın mətnini təqdim edir: “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 2, maddə 180 (Cild I) birinci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 1. “Vüqar Məcidli – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin” sözləri “Mehman İsmayılov – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İnvestisiya layihələrinin və infrastrukturunun” sözləri ilə əvəz edilsin.

2. “Rəşad İsmayılov – Azərbaycan İnvestisiya Holdinqinin Aktivlərin idarə olunması departamentinin Hasilat sənayesi və energetika şöbəsinin müdiri” sözləri “Əli Cəfərov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini” sözləri ilə əvəz edilsin.

Seçilən
42
2
Ajans.az

3Mənbələr