AZ

Bütün bürclərə şad xəbər: 3 gün ərzində…

ain.az, Tribuna saytına istinadən bildirir.

Məşhur astroloq Dinçer Güner təsiri 3 gün davam edəcək Merkuri və Yupiter arasında yaranan bucaqla bağlı proqnozlar verib.

Tribuna  xəbər verir ki, bu bucağın müsbət təsirləri sayəsində bütün bürclərin həyatında yeniliklər ola bilər.

Dinçer Günerin sözlərinə görə, 3 gün ərzində insanları hər hansı məsələdə razı salmaq daha asan olacaq. Məsələn, müdirinizlə maaş artımı, həyat yoldaşınızla hər hansı problemlə bağlı məsələləri bu günlərdə rahatlıqla danışıb həll edə bilərsiniz.

Əgər kiminləsə mübahisəniz və ya pis münasibətləriniz varsa, barışmaq üçün ideal vaxtdır. Həmişə öyrənmək istədiyiniz dil, hobbi və ya proqrama başlaya bilərsiniz.

Əgər tələbəsiniz və ya imtahana hazırlaşırsınızsa, məlumatları daha tez mənimsədiyinizi görəcəksiniz. Müqavilələr və sazişlər imzalamaq uzunmüddətli gəlir gətirə bilər.

Həmçinin, gələn yaya tətil planlaşdırmaq, bilet almaq və ya viza müraciəti etmək üçün əla zamandır. Bu günlərdə söhbətləriniz tez-tez fəlsəfə, təhsil və ya din ətrafında ola bilər. Eyni anda birdən çox mövzu ilə məşğul ola bilərik.

Xoş xəbər mübadiləsi aparmaq üçün əla dövrdür, qarşıdakı 3 günü yaxşı dəyərləndirməyi unutmayın!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
75
2
tribunainfo.az

3Mənbələr