AZ

Sakinlər MTK dan şikayətçidir: Uşaqlar iki yorğanla yatırlar

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1 ünvanında yerləşən çoxmərtəbəli binanın sakinləri "Olympus" MTK ilə bağlı narazılıq edirlər.

Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, istifadəyə verilməsi 3 il öncə planlaşdırılan bina hələ tam təhvil verilməyib:

"Binanın həyəti bərbad vəziyyətdədir, qazı, işığı hələ də verməyiblər. Soyuqdan da əziyyət çəkirik. Uşaqları iki yorğanla yatırdırıq, çünki çox soyuqdur".

Məsələ ilə bağlı MTK-nın direktor müavini Ceyhun Bədəlov bildirib ki, elektrik xətləri bu həftə düzəldiləcək və dekabrın 15-dək qaz verilməsi planlaşdırılır.

Asya

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
3
news.milli.az

4Mənbələr