AZ

Polşalı professor: Yusif Məmmədəliyev Silez Texniki Universitetinin elmi inkişafına mühüm təsir göstərib

Bakı, 4 dekabr, AZƏRTAC

Akademik Yusif Məmmədəliyev Polşanın Silez Texniki Universiteti ilə son dərəcə yaxın elmi əlaqələr qurmuş böyük alimlərdən biridir. Həmin dövrdə universitetin tələbələri və əməkdaşlarının bir qismi onunla birbaşa çalışmaq şansı əldə etmişlər.

Bu fikri AZƏRTAC-a müsahibəsində Silez Texniki Universitetinin Kimya fakültəsinin dekanı professor Voyçex Simka bildirib.

“Eyni zamanda, bir sıra tədqiqatçılarımız elmi işlərini Bakı Dövlət Universitetində akademik Yusif Məmmədəliyevin elmi rəhbərliyi altında uğurla müdafiə ediblər. Məhz buna görə onun yubileyinin qeyd edilməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Yusif Məmmədəliyev universitetimizin elmi inkişafına, həmçinin tələbə və əməkdaşların peşəkar formalaşmasına əhəmiyyətli təsir göstərib. Xüsusilə nəzərə alsaq ki, o illərdə universitetimiz yeni yaranmış və İkinci Dünya müharibəsindən sonra formalaşma mərhələsində olan bir ali məktəb idi. Yusif Məmmədəliyevin həmin vaxt bizimlə əməkdaşlığı, mühazirələri və elmi rəhbərliyi olduqca dəyərli və təsirli olmuşdur”, - deyə alim bildirib.

Seçilən
22
azertag.az

1Mənbələr