Tribuna saytından alınan məlumata görə, ain.az bildirir.
“Rusiyanın Azərbaycanda təsir imkanları azaldılır. Hətta deyərdim ki, minimuma endirilib. Bu istiqamətdə addımlar sürətlənəcək”.

Bu sözləri Tribuna-ya siyasi şərhçi Ramiyə Məmmədova deyib. Onun sözlərinə görə, Ramiz Mehdiyev işi ölkədə “5-ci kolon”un bitirilməsi üçün ən böyük hadisələrdən biridir. Ekspert hesab edir ki, Rusiya Azərbaycana bu baxımdan qəzəblidir, lakin bundan sonra heç nə edə bilməyəcək:” Kreml Qafqazda mövqeyini bərpa etməyə çalışacaq. Amma müharibə onu yorub. Rusiya indi Ermənistanı itirməkdədir. Bu proses davam edəcək”.
Həsən Ağa
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.