TƏBİB-in tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi tibb müəssisələrində istifadə üçün 490 000 qutu əlcək alır.
NOCOMMENT.az Pravda.az-a istinadən xəbər verir ki, qurum buna görə 2 724 397 AZN xərcləyəcək.
Bir qutu əlcək 5.5 AZN-ə hesablanıb.
Mallar “Xanni-2017” MMC-dən alınacaq.
Şirkətin Nizamnamə kapitalı 10 AZN-dir.