Bakı, 4 dekabr, AZƏRTAC
“AZCON Holding”in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Sinqapurda “Temasek Holdings” şirkətinin portfolio inkişaf qrupu və korporativ strategiya üzrə birgə rəhbəri Dinesh Khannanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
“AZCON”dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı portfel şirkətlər arasında nəqliyyat və şəhər mobilliyi sahələrində gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Eyni zamanda, idarəetmə istiqamətində təşəbbüslərin icrası üçün potensial sahələrin müəyyənləşdirilməsi və təcrübə mübadiləsinin aparılması diqqət mərkəzində olub.