AZ

Çin istehsalı olan Mercedes GLB: 4X4 süz, 1,3 litrlik mühərriklə FOTO

ain.az bildirir, Avtosfer portalına istinadən.

“Mercedes” şirkəti Çin bazarı üçün nəzərdə tutulmuş GLB modelinin yeni versiyasını tədqim edib. 

Avtosfer.az xəbər verir ki, avtomobil alman analoqu ilə müqayisədə ciddi şəkildə sadələşdirilib. Avtomobilin 4X4 sistemi yığışdırılıb, yalnız arxa ötürmə saxlanılıb. Əvəzində elektronika ciddi şəkildə yenilənib və zənginləşib.

Ən maraqlısı isə mühərrikdir. Avtomobil cəmi 1,3 litrlik, 163 at gücündə turbo mühərriklə və yeddipilləli avtomatik ötürmə ilə təchiz edilib. 

Avtomobilin Çində satış qiyməti təxminən 80 min manatdır.

Maşının Azərbaycana gəlib çıxması məsələsinə gəlincə. Rəsmi dilerin bu modeli bizim bazara gətirməsi real görünmür. Maşın alverçilərinə isə Çində qaydaların sərtləşməsi mane olur. Kimsə bu maşını sifariş versə belə, Çində yanvarın 1-dən tətbiq ediləcək məhdudiyyətləri nəzərə alsaq, avtomobilinə ən optimist proqnozla, 2026-cı ilin sentyabrında qovuşa bilər.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
avtosfer.az

2Mənbələr