AZ

Qalmaqalla işdən çıxarılan məmurun yerinə yeni təyinat

Dövlət Turizm Agentliyində yeni təyinat olub.

Publika.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu barədə qurumun sədri Fuad Nağıyev əmr imzalayıb.

Əmrə əsasən, Günay Bayramova Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

O, indiyədək həmin şöbənin müdir müavini postunda çalışıb.

Qeyd edək ki, bu ilin mart ayında Dövlət Turizm Agentliyində böyük qalmaqal baş verib. Mətbuatda yayılan iddialara görə, qurumda Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən “Transparency International” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslər müəyyən edilib.

Seçilən
44
6
publika.az

7Mənbələr