AZ

Dörd həftə ərzində kivi yesəniz...

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Gastroenteroloq Saurabx Seti həzmi yaxşılaşdırmağa, qəbizlik və köp problemini aradan qaldırmağa kömək edən bir neçə meyvəni sadalayıb.

Redaktor.az xəbər verir ki, onun tövsiyələri "Daily Mail" tərəfindən dərc edilib.

Həkimin sözlərinə görə, bu problemlərdə ən faydalı meyvələrdən biri kividir. Araşdırmalar müntəzəm şəkildə - ən azı dörd həftə ərzində - kivi yeməyin qəbizliyə qarşı təsirli olduğunu göstərib. Seti həmçinin rasiona papaya əlavə etməyi məsləhət görüb. Bu meyvə həzmi yaxşılaşdırır və qarında yaranan köpü aradan qaldırır.

Gastroenteroloq daha çox banan yeməyi də tövsiyə edib, lakin üstünlüyü bir qədər yaşıl (tam yetişməmiş) bananlara verməyi məsləhət görüb. Onun sözlərinə görə, belə bananlar bağırsaq mikrobiomu üçün faydalı olan çoxlu rezistent nişasta ehtiva edir.

“Bananlar qanda şəkərin səviyyəsini stabilləşdirir, immun sisteminə və həzmə müsbət təsir göstərir”, - deyə həkim bildirib.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
120
1
redaktor.az

2Mənbələr