AZ

Ölkəyə "halal" adı ilə donuz əti konservi gətirilib? - RƏSMİ CAVAB

Rusiyada fəaliyyət göstərən "Qlavprodukt" şirkətinin Azərbaycana göndərdiyi mal əti konservlərində donuz əti DNT-si aşkar edildiyi ilə bağlı "All Exclusive" "Telegram" kanalına istinadən "İnsayder" nəşri məlumat yayıb. 

Məlumata görə, şirkətin “halal” adı altında bişmiş mal əti konservləri Rusiya Silahlı Qüvvələrinə və Azərbaycan da daxil olmaqla bir neçə müsəlman ölkələrinə göndərilib. Məhsulun genetik analizinin nəticələrindən sonra qanunsuzluqar aşkar olunub.

Bildirilir ki, sözügedən şirkət bu ilin iyulunda keçmiş kənd təsərrüfatı naziri Aleksandr Tkaçeyevə yaxın qurumun nəzarəti altına keçib.

Sentyabr ayında aparılan analizə əsasən, "Family Budget" markalı 500 qramlıq bişmiş ət konservlərində donuz ətinin DNT-si aşkar edilib.

Bu "Qlavprodukt"un Oryol vilayətindəki törəmə şirkəti olan "Oryolprodukt" ASC tərəfindən istehsal edilib.Qeyd edək ki, ölkəyə idxal olunan məhsulların tərkibi, keyfiyyətinə nəzarət AQTA tərəfindən həyata keçirilir.

Bu konservlər ölkəyə daxil olarkən AQTA tərəfindən yoxlama aparılırmı və aparılırsa, necə olub ki, bu proses baş verib?

Məsələ ilə bağlı AQTA-dan “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, Rusiyanın “Oryolprodukt” ASC-nin mediada qeyd olunan istehsal tarixli mal əti konservi məhsul partiyası ölkəmizə idxal olunmayıb.

Seçilən
29
45
cebheinfo.az

10Mənbələr