AZ

Bir vəziyyətdə yatmaq sağlamlığa zərərli çıxdı

Düzgün olmayan yuxu vəziyyəti səbəbindən çiyin, qollar və biləklərdə ağrılar yarana bilər. AzPost xəbər verir ki, bu barədə yuxu üzrə mütəxəssis Dr. Rəc Dasqupta və ortoped-cərrah Metyu Bennet HuffPost-a açıqlama veriblər.

Həkimlər qeyd ediblər ki, qolları bükülü və bədənə sıxılmış vəziyyətdə yatmaq sağlamlıq üçün zərərli ola bilər. Sosial şəbəkələrdə bu vəziyyət “tirannozavr mövqeyi” adlanır. Dasqupta izah edir ki, belə vəziyyətdə dirsək və biləklərdə sinirlər sıxılır, qan dövranı zəifləyir və əllərdə uyuşma və ya sancılar baş verə bilər.

Bennet əlavə edib ki, bu vəziyyət çiyin və bilək ağrılarına səbəb ola bilər. Rahatlamaq üçün yatmazdan əvvəl yataqda yastığı qucaqlamaq və ya dirsəkləri dəsmalla sarıb elastik bintlə sabitləmək tövsiyə olunur. Bu, yuxuda qolların bədənə sıxılmasının qarşısını alır.

Həmçinin, arxası üstə yatarkən qollarını tirannozavr mövqeyində saxlayanlar üçün bədənin boyunca yastıqlar qoymaq məsləhət görülür.

AzPost.az

Seçilən
44
azpost.info

1Mənbələr