Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” dekabr ayında dərc olunan “Global Economic Outlook” (GEO) icmalında 2025-ci il üçün qlobal ümumdaxili məhsul artımı proqnozunu 2,4 faizdən 2,5 faizədək yüksəldib.
Herbiand.az xəbər verir ki, agentlik, həmçinin 2026-cı il üzrə qlobal iqtisadi artımın 2,4 faizədək azalacağını proqnozlaşdırır (əvvəlki proqnoz 2,3 faiz idi). Qeyd edək ki, 2024-cü ildə qlobal iqtisadiyyatda 2,9 faiz artım müşahidə olunub.
ABŞ-ın cari il üçün ümumdaxili məhsulunun artım proqnozu 1,6 faizdən 1,8 faizə, avrozona üçün isə 1,1 faizdən 1,4 faizə yüksəldilib. Gələn il ABŞ iqtisadiyyatının 1,9 faiz, Avropa iqtisadiyyatının isə 1,3 faiz artacağı gözlənilir. Eyni zamanda, Çində ümumdaxili məhsulun artım tempi 2025-ci ildə 4,8 faiz, 2026-cı ildə isə 4,1 faiz olacaq.
Agentliyin ekspertləri hesab edirlər ki, Federal Ehtiyatlar Sistemi və İngiltərə Bankı 2026-cı ildə əsas faiz dərəcələrini azaldacaq, AMB isə dərəcələri indiki səviyyədə saxlayacaq.