AZ

Növbəti ABŞ-Ukrayna danışıqlarının vaxtı açıqlandı

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Donald Trampın kürəkəni, sahibkar Cared Kuşner dekabrın 4-də Ukraynanın Milli Təhlükəsizlik Şurasının katibi Rustem Umerovla görüşəcəklər.

Bu barədə "The Associated Press" nəşri məlumat verib.

Məlumata görə, görüş Mayamidə (ABŞ, Florida ştatı) baş tutacaq.

Qeyd edək ki, ötən həftənin sonunda Floridada ABŞ və Ukrayna təmsilçilərinin görüşü keçirilib. Rəsmi Kiyevin nümayəndə heyətinə R.Umerov rəhbərlik edib. Dekabrın 2-də isə Kremldə ABŞ təmsilçiləri S.Uitkoff və C.Kuşnerin Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub.
Seçilən
123
36
7news.az

10Mənbələr