Olaylar.az xəbər verir ki, bu barədə "The Independent" yazıb.
"Rusiya gəmilərinin Birləşmiş Krallıq yaxınlığında fəaliyyəti son illərdə 30% artıb. Yeni saziş infrastruktur üçün ciddi nəticələrə səbəb ola biləcək dənizaltı kabel və boru kəmərlərinin mühafizəsi üçün nəzərdə tutulub", - deyə bildirilib.
Böyük Britaniyanın Baş naziri Kir Starmer qeyd edib ki, Norveçlə müdafiə paktı imzalanacaq:
"Bu tarixi razılaşma sərhədlərimizi və ölkələrimizin asılı olduğu kritik infrastrukturu qorumaq qabiliyyətimizi gücləndirir". (globalinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31