AZ

UNEC-də “B2B Həlləri” hakatonu keçiriləcək

23–24 dekabr tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “B2B Həllərinin Yaradılması” mövzusuna həsr olunmuş hakaton təşkil olunacaq.

QHT.az xəbər verir ki, iki gün davam edəcək innovasiya yarışması iştirakçılara real biznes problemləri üzərində işləmək və yeni B2B həllər yaratmaq imkanı verəcək.

Tədbirin ilk günü – 23 dekabr UNEC-in Nizami korpusunda iş sessiyaları ilə başlayacaq. İkinci gün – 24 dekabr isə final təqdimatları Azərbaycan İnnovasiya Mərkəzində (AİM) baş tutacaq. Komandalar hazırladıqları layihələri münsiflər heyətinə təqdim edəcək.

Hakaton iştirakçıları praktiki təcrübə, komanda işi, innovasiya mühiti və real biznes tapşırıqları ilə zəngin bir prosesdən keçəcəklər.

Mükafat fondu:

  •  I yer – 4000 AZN

  •  II yer – 2500 AZN

  •  III yer – 1000 AZN

Tədbirdə iştirak etmək istəyənlər üçün qeydiyyat linki açıqdır:
https://forms.gle/Dp2PAiapwD8ScKdw5

Qeydiyyatın son tarixi: 16 dekabr 2025, saat 00:00.

İdeyası olan hər kəs üçün meydan hazırdır — innovasiyanı reallığa çevir! 

Seçilən
17
qht.az

1Mənbələr