AZ

82 yaşlı aktrisa 20 ildir bu şalvarı geyinir Foto

Metbuat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyənin məşhur “Aşk-ı Memnu” serialında canlandırdığı “Firdevs Yöreoğlu” obrazı ilə tamaşaçıların qəlbinə yol tapan aktrisa Nebahat Çehre təkcə istedadı ilə deyil, həm də təbii gözəlliyi və sadəliyi ilə diqqət mərkəzində qalmağı bacarır. Sənətçinin son açıqlaması isə müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, 82 yaşlı aktrisa deyib ki, insan gözəlliyinin sirri təbiilikdədir: “İnsan təkcə həyat tərzi ilə deyil, həm də geyimi, makiyajı ilə səmimi olmağı bacarmalıdır. Əynimdə gördüyünüz bu şalvarı 20 ildir geyinirəm. İnsan dəb arxasınca qaçmamalıdır, ona yaraşanı geyinməlidir”.

Gözəlliyi, zərifliyi və fit bədən quruluşu ilə gənc qızlardan geri qalmayan ulduz aktrisanın bu sözləri sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. İzləyiciləri onun ünvanına təriflər yağdırıblar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
68
1
metbuat.az

2Mənbələr