AZ

ABL: Bu gün VIII turun iki oyunu keçiriləcək

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu gün Azərbaycan Basketbol Liqasının (ABL) VIII turu çərçivəsində daha 2 qarşılaşma keçiriləcək. Sport24.az xəbər verir ki, A qrupunda "Abşeron Lions" NTD ilə üz-üzə gələcək.

Qarşılaşma saat 17:00-da start götürəcək. "Abşeron Lions" 13 xalla qrupda ikinci pillədə yer alıb. 7 xala malik NTD sonuncu - altıncıdır.

B qrupunda isə "Naxçıvan" "Lənkəran"la münasibətlərə aydınlıq gətirəcək. Bu matç saat 20:00-da başlayacaq. "Naxçıvan" 12 xalla 2-ci yerdə qərarlaşıb. "Lənkəran" isə 10 xalla üçüncüdür.

Hər iki oyun "Sərhədçi" İdman Mərkəzində keçiriləcək.

Qeyd edək ki, turun ötən gün baş tutan matçlarda "Sərhədçi" "Ordu"nu 100:64, "Gəncə" "Neftçi"ni 80:73 hesabı ilə məğlub edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
82
5
sport24.az

6Mənbələr