Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC artıq hüquqişəxslər və dövlət qurumları üçün “SİMA Token” elektron imzasınıonlayn sifariş etmək imkanı yaradıb.
Təxminən bir il əvvəl vətəndaşlar və sahibkarlar üçün təqdimedilən bu xidmətin imkanları genişləndirilib və indi bütünistifadəçilər www.sima.az saytıüzərindən “SİMA Token” elektron imzasını istənilən vaxt sifariş edəbilərlər. Bunun üçün dövlət qurumları və hüquqi şəxslər SİMAkabinetinə daxil olaraq “İşçilər” bölməsində rəsmi əməkdaşlarınıgörə və onların “SİMA İmza” və “SİMA Token” üzrə imzalamasəlahiyyətlərini idarə edə bilirlər.
Əvvəlcə “Sifariş məlumatları” səhifəsində əməkdaş haqqındazəruri məlumatlar daxil edilir və məlumatlar tamamlandıqdan sonramüqavilə “SİMA İmza” ilə imzalanır. Ödəniş həyata keçirildikdənsonra “SİMA Token” sifarişinin icrasına başlanılır və istifadəçi“Ümumi sifarişlər” səhifəsində sifarişin statusunu mərhələlər üzrəizləyə bilir.
Hüquqi şəxslər üçün 3 illik “Token” imzasının məbləği 72 AZN,dövlət qurumları üçün isə 58 AZN təşkil edir.
Qeyd edək ki, “Sima Token” beynəlxalq standartlara uyğun,virtual məkanda şəxsiyyəti təsdiqləyən və qanunvericiliyə əsasən əlimzası ilə eyni hüquqi qüvvəyə malik gücləndirilmiş elektronimzadır. “SİMA Token”in əsas üstünlükləri tanınma, məxfilik,bütövlük və inkarolunmazlıq prinsiplərinə əsaslanır. Bu imzadanelektron imza tələb olunan bütün sahələrdə, o cümlədən elektronvergi portalında, ipoteka müraciətlərində, elektron məhkəməsistemində, mobil notariatda, ƏMAS platformasında və bank-maliyyəxidmətlərində istifadə etmək mümkündür.