AZ

Türkiyə ilk dəfə olaraq NATO ölkəsinə hərbi gəmi satdı

Türkiyənin müdafiə sənayesi müəssisəsi ASFA Rumıniyaya ötən il tikintisi tamamlanan Akhisar adlı hərbi gəmini təhvil verib.

NOCOMMENT.az xəbər verir ki, gəminin Rumıniya Hərbi Dəniz Qüvvələrinin Komandanlığına təqdim edilməsi Ankara üçün mühüm addım hesab olunur.

Bu satış Türkiyənin müdafiə sənayesi ixracını gücləndirməklə yanaşı, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq imkanlarını da genişləndirib.

Akhisar gəmisinin Rumıniya Hərbi Dəniz Qüvvələrinin tərkibinə daxil edilməsi regional dəniz təhlükəsizliyinin möhkəmlənməsinə və Rumıniyanın donanmasının modernləşdirilməsi prosesinə dəstək olacaq.

Seçilən
65
nocomment.az

1Mənbələr