AZ

Rusiyanın müdafiə naziri Hindistana işgüzar səfərə gedib 

Rusiya müdafiə naziri Andrey Belousov Hindistana işgüzar səfərə gedib..

Poliqon xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Belousov hərbi və hərbi-texniki əməkdaşlıq üzrə Rusiya-Hindistan Hökumətlərarası Komissiyasının 22-ci iclasında iştirak edəcək. Nazirlik əlavə edib ki, tərəflər ötən dövr ərzində birgə işlərinin nəticələrini ümumiləşdirməyi və gələcək əməkdaşlıq üçün perspektivli istiqamətləri müəyyənləşdirməyi planlaşdırırlar.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin Hindistana rəsmi səfəri dekabrın 4-5-nə planlaşdırılıb. Prezidentin cədvəlinə Hindistan prezidenti Droupadi Murmu və baş nazir Narendra Modi ilə görüşlər daxildir. Hər iki tərəfin bir sıra idarələrarası və kommersiya sənədlərinin imzalanması gözlənilir.

Poliqon.info

Seçilən
36
poliqon.info

1Mənbələr