AZ

Tramp: ABŞ artıq Ukraynaya yardımı dayandırdı

BAKI, 4 dekabr. TELEQRAF

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun artıq Ukraynaya öz büdcəsi hesabına hərbi yardım göstərmədiyini, silahların NATO tərəfindən alınıb Kiyevə ötürüldüyünü açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ lideri jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda bütün silah satışları əvvəlcə NATO-ya həyata keçirilir, daha sonra alyans həmin silahların Ukraynaya paylanmasını təşkil edir.

“Biz artıq bu müharibəyə öz pulumuzu xərcləmirik, hər şeyi NATO-ya satırıq. Əvvəlki prezident Co Bayden dövründə bizi soyurdular. O, sahib olduğumuz raketləri və istədikləri hər şeyi pulsuz paylayırdı. İndi isə hər şeyə tam qiymət ödənilir. Əvvəlcə silahlar NATO-ya gedir, sonra NATO bölüşdürür və NATO bizə pul ödəyir”, – deyə Tramp bildirib.

ABŞ prezidenti, həmçinin Ukraynada davam edən münaqişənin başa çatmasını istədiyini də vurğulayıb. Onun sözlərinə görə, Ağ Evdə keçirilən görüşdə əsas prioritetlərdən biri məhz müharibənin dayandırılmasıdır.

Seçilən
158
50
teleqraf.com

10Mənbələr