AZ

ADSEA nümayəndə heyəti Qazaxıstana səfər edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları —Ruslan Salmanov, Elmar Orucov, İlqar Həsənov, Raminə Abdullayeva vəİlqar Salmanlı Agentlik yanında Suların İstifadəsinə vəMühafizəsinə Dövlət Nəzarəti Xidmətinin fəaliyyətinin daha səmərəlitəşkili məqsədilə Qazaxıstan Respublikasına səfər ediblər.

Trend xəbər verir ki, səfərAzərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixli320 nömrəli Sərəncamı ilə təsdiqlənmiş “Su ehtiyatlarından səmərəliistifadəyə dair Milli Strategiya”dan irəli gələrək beynəlxalqtəcrübənin öyrənilməsi məqsədilə həyata keçirilib.

Nümayəndə heyəti səfər çərçivəsində Qazaxıstan RespublikasınınSu Ehtiyatları və İrriqasiya nazirinin müavini Aslan Abdraimov,aidiyyəti departament rəhbərləri və tabeli qurumlarınmütəxəssisləri ilə bir sıra görüşlər keçirib.

Görüşlər zamanı suların istifadəsi və mühafizəsi sahəsindətəqdimatlar keçirilib, su və su təsərrüfatı obyektlərinin, eləcə dəsuların monitorinqi, uçotu, kadastrı və reyestri üzrə mövcudmexanizmlər ətraflı müzakirə olunub. Həmçinin nəzarət sistemi vəqanunvericilik çərçivəsində qarşılıqlı təcrübə mübadiləsiaparılıb.

Qazaxıstan tərəfi görüşləri yüksək qiymətləndirərək müvafiqsahədə Azərbaycan təcrübəsinin də onlar üçün əhəmiyyət daşıdığınıbildirib.

Sonda tərəflər su ehtiyatlarının idarə olunması sahəsində ikiölkə arasında əməkdaşlığın genişləndirilməsi təşəbbüsü ilə çıxışediblər.

Qeyd edək ki, səfər çərçivəsində Qazaxıstan rəsmiləri iləgörüşlər davam etdiriləcək.

ADSEA
ADSEA
Seçilən
34
6
az.trend.az

8Mənbələr