“Globe Soccer Awards”ın 2025-ci il üçün “İlin Komandası”na namizədlər açıqlanıb.
Paralel.az xəbər verir ki siyahıya aşağıdakı komandalar daxil edilib: “Əl-Əhli” (Qahirə, Misir), “Barselona” (Barselona, İspaniya), “Bayern” (Münhen, Almaniya), “Çelsi” (London, İngiltərə), “Flamenqo” (Rio-de-Janeyro, Braziliya), “Liverpul” (Liverpul, İngiltərə), PSJ (Paris, Fransa) və “Sportinq” (Lissabon, Portuqaliya). Mükafatın bu ayın 28-də Dubayda təqdim edilməsi planlaşdırılır.
Keçən il mükafata Madrid “Real”ı layiq görülmüşdü.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta