
Azərbaycanda yüzlərlə vətəndaşın etibarından sui-istifadə edilərək onların adına saxta sahibkarlıq subyektləri qeydiyyatdan keçirilib.
Yeniavaz.comxəbər verir ki, bu barədə Baş Prokurorluq müraciət yayıb.
Bildirilib ki, həmin "yalançı sahibkarlıq" subyektlərindən istifadə etməklə törədilmiş əməllərlə dövlət büdcəsinə külli miqdarda zərər vurulub.
Belə qanunsuz sxemlərə qoşulan şəxslər, habelə onlara şərait yaradan vəzifəli şəxslər cinayət məsuliyyəti daşıyırlar: "Vətəndaşlardan xahiş olunur ki, heç bir halda şəxsiyyəti təsdiq edən məlumatları tanımadıqları adamlara bildirməsinlər və şübhəli hallarla üzləşdikdə dərhal hüquq-mühafizə orqanlarına məlumat versinlər".