AZ

Altay Göyüşovun cinayət işi üzrə istintaq başa çatdı


Altay Göyüşovun barəsində başlanılmış cinayət işi üzrə istintaq başa çatıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti İctimai Televiziyada yayımlanıb.
Məlumata görə, o, noyabrın 21-də Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılsa da, gəlməyib və barəsində qiyabi icraat başlanılıb.
Onun barəsində istintaq bu gün tamamlanıb. Həm Altay Göyüşova, həm də onun seçəcəyi müdafiəçisinə dekabrın 10-dan etibarən cinayət işi ilə tanış olmaq üçün vaxt məhdudiyyəti qoyulmadan Baş Prokurorluğun İstintaq İdarəsində şərait yaradılacağı bildirilib.
Altay Göyüşova xəbərdarlıq edilib ki, əgər o istintaqa gəlməsə, cinayət işi qiyabi icraatda məhkəməyə göndərilə və barəsində qiyabi hökm çıxarıla bilər.
Qeyd edək ki, Altay Göyüşov barəsində Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib.
O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub.
Binəqədi Rayon Məhkəməsinin bu il 23 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Sentyabrın 17-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Altay Göyüşovun barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.
Seçilən
34
49
yeniavaz.com

10Mənbələr