Xalq şairi Nəriman Həsənzadə xronik böyrək çatışmazlığı kəskinləşməsi diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanada müalicə alır.
KONKRET.az xəbər verir ki, Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost AZXEBER.COM-a veridyi açıqlamada xalq şairinin son durumundan danışıb.
O, həkimlərin əlindən gələni etdiyini bildirib:
“Vəziyyəti hələ də ağır-stabildir, amma şüuru açıqdır. Aparata qoşulu vəziyyətdədir. Hələ reanimasiyadadır, evə buraxılması gözlənilmir. Müalicəsi bir müddət belə davam edəcək. Həkimlər deyir ki, biz əlimizdən gələni edirik, dua edin ki, yaxşı olsun. Biz də dua edirik, ümid edirik ki, tezliklə sağlamlığına qovuşacaq”.