BAKI, 3 dekabr. TELEQRAF
Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar müəyyənləşir.
Teleqraf xəbər verir ki, məsələ Milli Məclisinin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən birgə onlayn iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar belə olacaq:
- dövlət, kommersiya və (və ya) vergi sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi;
- iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi;
- “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən konfidensial hesab edilən xüsusi kateqoriyalı fərdi məlumatların yayılması qaydları müəyyənləşir.