AZ

Meğrinin Azərbaycana verilməsi ilə bağlı sənəd... Rubinyan

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Ermənistan Qarabağı təhvil verib” demək tökülən qanları gözardı etməkdir”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyan deyib.

“Ki-Uest sənədinə gəldikdə, bunun ortada olmaması keçmiş prezidentlər Petrosyan-Köçəryan-Sərkisyan üçbucağı ilə bağlıdır. Bu məsələlər bizə aid deyil. Biz 2018-ci ildə hakimiyyətə gəlmişik, həmsədrlər tərəfindən hansı sənəd verilibsə, onu yayımlamışıq, Ki-Uest sənədi isə yox idi.

Robert Köçəryan deyirsə ki, Meğrinin təhvil verilməsi ilə bağlı sənəd yalandır, bu artıq onun Levon Ter-Petrosyanla şəxsi məsələsidir. Gəlib otursunlar, görək kim yalan danışır, kim aldadır”, — Rubinyan bildirib.

Safura Bənnayeva

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
2
globalinfo.az

9Mənbələr