İrəvanın sabiq meri, keçmiş nəqliyyat və rabitə naziri Qaqik Beqlaryandan daşınmaz əmlak, pul və şirkətdə iştirak payının qaytarılması tələb olunub.
APA xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş prokurorluğuna istinadən məlumat yayıb.
Məlumata görə, Baş prokurorluq Beqlaryana qarşı qaldırılmış iki cinayət işi üzrə 39 daşınmaz əmlak, 636 milyon dram məbləğində pul və bir hüquqi şəxsin şirkətdə iştirak payının geri qaytarılmasını tələb edib.