AZ

Naxçıvanda bələdiyyə nümayəndələrinə təlim keçirilib - FOTOLAR

Hüquq və İnsan Haqları İnstitutunun (İnstitut) bələdiyyələrin fəaliyyətinə dair növbəti təlimi dekabrın 1-də Naxçıvan Muxtar Respublikasında təşkil edilib. “Bələdiyyələrin fəaliyyətində insan hüquqları aspekti” mövzusunda təlim İnstitut və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş şöbəsi ilə birgə həyata keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Xəyal Eyvazov mövzunun aktuallığını vurğulayaraq qeyd edib ki, yerli özünüidarəetmə orqanlarının fəaliyyətində insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bu sahədə maarifləndirmə tədbirlərinə geniş yer verilməsi olduqca əhəmiyyətlidir.

İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri vəzifəsini icra edən Hamlet Babayev və təlimçi-ekspertlər Zümrüd Əlizadə, Heydər Həsən oğlu Əliyev bələdiyyələrin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar, onların dövlət və vətəndaşlarla qarşılıqlı əlaqələrinin təşkili, habelə yerli icra hakimiyyətləri ilə bələdiyyələr arasında əməkdaşlığın hüquqi əsaslarına dair təqdimatlarla çıxış ediblər.

Təlim zamanı bələdiyyələrin və vətəndaşların gündəlik fəaliyyətdə üzləşdikləri çətinliklər və mövcud problemlər iştirakçılarla birlikdə təhlil olunub, 33 bələdiyyə sədri və müavinlərinin təcrübəsinə əsaslanan real situasiyalar müzakirə edilib. Təlim qiymətləndirmə mərhələsi və sertifikatların təqdim edilməsi ilə yekunlaşıb.

Seçilən
42
qht.az

1Mənbələr