Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək.
Publika.az xəbər verir ki, məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənəddə vurğulanıb ki, hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılacaq və bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsi qısaldılmayacaq.