
Rusiya qoşunları Ukraynanın Zaporojye vilayətinin Çervone kəndini nəzarətə götürüb.
Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Vostok” hərbi birləşmələrinin fəal hərəkətləri nəticəsində Çervone kəndi ələ keçirilib.
Qeyd olunub ki, bundan əlavə Rusiya ordusu 24 saat ərzində Vozdvijenka, Kosovtsevo, Zalizniçnoe, Hülyaipol və Andreyevka yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin beş briqadasını da darmadağın edib.
Daşqın HəsənovMissiya.Az