Külli miqdarda dələduzluqda təqsirləndirilən Abbas Hətəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, APA-nın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib.
Prokuror Abbas Hətəmovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Məhkəmə Abbas Hətəmovun 5 il azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarıb.
Qeyd edək ki, ittihama görə, Abbas Hətəmov 2022-ci ilin oktyabr ayında Azər Babaşovun 6700 manatlıq xırdabuynuzlu heyvanlarını dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, 2023-cü ilin dekabr ayında Səxavət Məmmədovdan 22 min manat alaraq oğlunu Penitensiar Xidmətə işə düzəltmək adı ilə söz verib.
Həmçinin Abbas Hətəmovun digər dələduzluq əməllərinin olduğu da qeyd edilib. Məlum olub ki, o, 2020-ci ildə də dələduzluğa görə 3 il azadlıqdan məhrum edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.
"Cebheinfo.az"