ain.az, Qol.az saytına istinadən bildirir.
"Real"dan Xabi Alonso qərarı
“Real” rəhbərliyinin baş məşqçisi Xabi Alonsonun gələcəyi ilə bağlı qərarı müəyyənləşib.
QOL.az xəbər verir ki, bu haqda "Marca" məlumat yayıb.
La Liqada 3 oyunluq qələbəsiz seriyaya baxmayaraq, klub Xabi Alonsoya etimad göstərməkdə davam edir. Madrid təmsilçisi son qarşılaşmalarda – “Olimpiakos” üzərində 4:3 hesablı qələbədə və “Jirona” ilə 1:1-lik heç-heçədə komandanın oyununda irəliləyiş görüb. "Real" rəhbərliyi hesab edir ki, La Liqada qələbələr qazanmaq yalnız zaman məsələsidir.
Bildirilir ki, “Atletik”lə sabahkı oyun vəziyyəti yaxşılaşdırmaq üçün bir şans kimi dəyərləndirilir. Lakin bu matç baş məşqçinin gələcəyi üçün həlledici olmayacaq.
“Real” rəhbərliyi vəziyyətin düzəlməsi üçün konkret vaxt təyin etməyib və komandanın hələ də qurulma mərhələsində olduğunu, buna baxmayaraq, ümidverici siqnalların özünü göstərdiyini düşünür.
Qeyd edək ki, 14 turdan sonra “Real” La Liqada 33 xalla 2-cidir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.