Mərkəzi Bank “BOKT “İnternational” ASC-nin və “M Bulak BOKT” MMC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə məlumatlar yayıb.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən “BOKT “İnternational” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 10 000 manat məbləğində cərimə edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən “M Bulak Bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 2 000 manat məbləğində cərimə edilmişdir.