AZ

Lipton Türkiyədə istehsal fəaliyyətini dayandırıb

ain.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.

Böyük Britaniyanın çay markası Lipton, Türkiyədə 39 il davam edən istehsal fəaliyyətini dayandırıb.

Marja.az xəbər verir ki, Şirkətin Rizenin Pazar və Fındıklı rayonlarındakı iki çay emalı müəssisəsi rəsmi təsdiqlərdən sonra "Öz-Gür Çay" şirkəti tərəfindən alınıb. Beləliklə, Liptonun Türkiyədəki çay istehsalından çıxması prosesi rəsmi olaraq tamamlanmışdır.

VTB-də yüksək depozit faizləri daha çox qazandırır

Oktyabr ayında yayılan xəbərlərdə Lipton müəssisələrinin "Öz-Gür Çay"a təhvil veriləcəyi bildirilib. Şirkət sonra açıqlama yayaraq, “Rize Pazar və Fındıklıdakı yaş çay emalı müəssisələrimizin mülkiyyətinə sahib "Lipton Çay Üretim A.Ş" səhmlərinin "Öz-Gür Çay A.Ş."yə təhvil verilməsi üzrə aparılan danışıqlarda razılığa gəlinmişdir. Məsələ qanuni prosesə uyğun olaraq Rəqabət Şurasına təqdim edilmişdir” ifadələrini istifadə etmişdi.

Liptonun Türkiyə əməliyyatları tamamilə bitmir

Türkiyədə "Lipton Gıda ve Çay Sanayi ve Ticaret A.Ş" adı altında fəaliyyət göstərən İngilis nəhəngi, 2025-ci ildə Sakaryada 30 milyon avroluq investisiya ilə yeni innovasiya, qarışdırılma və qablaşdırma müəssisəsini istifadəyə vermişdir. Lipton-un çay istehsalından çıxmasına baxmayaraq, bu müəssisənin əməliyyatlarına davam edəcəyi bildirilir.

Bu il Türkiyə çay sektorunda başqa bir önəmli satış da həyata keçirilib. ABŞ-ın "JDE Peet’s" şirkəti sahibi olduğu "Ofçay"ı yerli istehsalçı E"for Çay"a satıb. 

150 ildən artıq marka tarixi

1871-ci ildə Sir Thomas Lipton tərəfindən yaradılan marka uzun illər Unilever-in "çətiri" altında fəaliyyət göstərib. 2022-ci ildə isə 186 milyard dollar dəyərində aktivləri idarə edən "CVC Capital Partners" şirkəti Lipton-u 4,5 milyard avro qarşılığında satın alaraq markanın yeni sahibi olmuşdur. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
11
marja.az

10Mənbələr